Avropa Liqası: "Qarabağ" səfərdə "Hakken"i məğlub edib - VİDEO

Xəbərlər
6 Oktyabr 2023 00:54
181
Avropa Liqası: "Qarabağ" səfərdə "Hakken"i məğlub edib - VİDEO

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu İsveçdə "Hakken"in qonağı olub və 1:0 hesabı ilə qələbə qazanıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın üstünlüyü ilə keçən oyunda yeganə qolu Juninyo vurub. O, qarşılaşmanın 70-ci dəqiqəsində fərqlənib.

H qrupunun digər matçında Almaniyanın "Bayer" Norveçdə "Molde"dən güclü olub. Leverkuzen təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Ağdam təmsilçisi növbəti oyununu səfərdə "Bayer"ə qarşı keçirəcək.

UEFA Avropa Liqası, qrup mərhələsi

II tur
H qrupu
23:00. "Hakken" (İsveç) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol:
Juninyo, 70
Baş hakim: Sebastian Qishamer (Avstriya).
Höteborq. “Ullevi” stadionu.

"Hekken": 26. Peter Abrahamson, 13. Simon Sandberq, 3. Yohan Hammar, 4. Ayham Usu, 21. Tomas Totland, 18. Mikkel Riqaard, 11. Samuel Qustafson (k), 14. Simon Qustafson, 24. Amor Layuni, 17. Eduard Çilufya, 23. Mamadu Sonko

Ehtiyat oyunçular: 1. Yohan Brattberq, 30. Sebastyan Banoziç, 5. Even Hovland, 8. Abdulrazaq İshaq, 10. Ali Yussef, 15. Kadir Hodziç, 16. Pontus Dabho, 19. Srcan Hrstiç, 22. Tobias Sana, 25. Abdulaye Faye, 27. Romeo Amane, 39. İsak Brusberq.

Baş məşqçi: Per Matias Hoqmo

"Qarabağ": 99. Andre Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 77. Yassin Benzia, 10. Abdullah Zubir, 18. Juninyo Olavio, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov

1

Bayer

2

2

0

0

6-1

6

2

Qarabağ

2

2

0

0

2-0

6

3

Molde

2

0

0

2

1-3

0

4

Hakken

2

0

0

2

0-5

0

İdman.biz