Yankoviç Monteneqro yığmasına dəvət aldı

Xəbərlər
2 Oktyabr 2023 19:32
107
Yankoviç Monteneqro yığmasına dəvət aldı

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro yığmasına dəvət alıb.

İdman.biz saytı xəbər verir ki, 28 yaşlı futbolçu ölkə millisinin iki oyununda iştirak etmək hüququ qazanıb.

Monteneqro komandası oktyabrın 14-də Liviya ilə yoxlama oyununda, üç gün sonra isə AVRO-2024-ün seçmə mərhələsində Serbiya yığması ilə qarşılaşacaq. Millinin baş məşqçisi Miodraq Raduloviç heyətdə 27 futbolçuya yer verib.

İdman.biz