“Zirə” - “Omoniya” oyunu nə vaxt başlayacaq?

Xəbərlər
16 Avqust 2024 13:59
416
“Zirə” - “Omoniya” oyunu nə vaxt başlayacaq?

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Zirə” – “Omoniya” matçının vaxtı bəlli olub.

İdman.biz xəbər verir ki, avqustun 29-da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Görüş “Liv Bona Dea Arena”da baş tutacaq. Bu, təmsilçimizin cari mövsümdə avrokuboklardakı 4-cü ev sınağı olacaq.

Qeyd edək ki, Kipr təmsilçisi ilə ilk qarşılaşma avqustun 22-də Nikosiyanın GSP stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İdman.biz