Adrian Mutu: "Araz-Naxçıvan"a məğlubiyyətdən sonra inkişaf var” - MÜSAHİBƏ

Müsahibə
30 Sentyabr 2023 18:21
140
Adrian Mutu: "Araz-Naxçıvan"a məğlubiyyətdən sonra inkişaf var” - MÜSAHİBƏ

"Çox yaxşı oynadıq. Əvvəldən sona kimi oyuna nəzarət edən tərəf biz idik”.

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın VIII turunun "Turan-Tovuz"la (0:1) görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, komandası layiqli qələbə qazanıb: "Araz-Naxçıvan"a təsadüfən məğlub olmuşduq. Həmin matçdan sonra inkişaf var. Hücumda bir az çatışmazlıq var. Bunu aradan qaldırmağa çalışacağıq".

- Müdafiədə də problem görünür. Bunu aradan qaldırmaq üçün hansı planlarınız var?

- Müdafiəçilərimiz bu gün yaxşı oynadı. 70 dəqiqə ərzində rəqibə qol epizodu vermədik. Deyə bilmərik ki, 90 dəqiqə ərzində “Turan Tovuz” qapımızın qarşısında təhlükəli vəziyyət yaratmadı. Futbolçulardan razı qaldım. Onları təbrik edirəm.

- Yuri Matiasın yoxluğunda müdafiənin performansını necə dəyərləndirirsiz?

- Vacib olan məqam o idi ki, Matiası layiqincə əvəz edən oyunçu olsun. Höccət çox yaxşı oyun nümayiş etdirdi. Qarşıdakı matçlarda kimi meydana buraxmaqda çətinlik çəkəcəm. "Zirə"dən sonra ən yaxşı müdafiə xətti bizdədir.

- Höccət Haqverdinin doğma mövqeyi hansıdır?

- Baxır qarşısına qoyduğun nəticəyə. Hücumda yaxşı deyil. Müdafiə keyfiyyətləri çox yaxşıdır.

- İlk dəfə Tovuza gəldiniz. Atmosfer necə idi?

- Çox möhtəşəm idi. İstərdik ki, bütün stadionlarda bu cür olsun. Azarkeşlərə demək istəyirəm ki, hər oyunda komandalarına belə dəstək versinlər.

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Bu görüş haqda fikirləriniz necədir?

- Əlbəttə böyük oyundur. Son matçda onlar da qələbə qazanıb, biz də. Hər iki komanda yaxşı formadadır.

İdman.biz