Vüsalın qolu “Eqnatia”ya qələbə qazandırdı

Xəbərlər
27 Sentyabr 2023 22:09
90
Vüsalın qolu “Eqnatia”ya qələbə qazandırdı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniya çempionatında fərqlənib.

İdman.biz saytı xəbər verir ki, o, "Vlajniya" ilə oyunda komandasının ilk qolunu vurub.

"Eqnatia" səfərdə 2:0 hesabı ilə qələbə qazanıb. Vüsal matçın 49-cu dəqiqəsində dəqiq zərbə ilə hesabı açıb. Qarşılaşma İsgəndərlinin komandasının 2:0 hesablı qələbə ilə başa çatıb.

Bu qələbədən sonra "Eqnatia" lider mövqeyini möhkəmləndirib. Bir oyun artıq keçirən komanda 6 turdan sonra ən yaxın izləyicisini 3 xal qabaqlayır.

İdman.biz