Azərbaycan yığması Millətlər Liqasında səfər qələbəsi qazandı

Xəbərlər
26 Sentyabr 2023 21:53
145
Azərbaycan yığması Millətlər Liqasında səfər qələbəsi qazandı

Qadınlardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

İdman.biz saytı xəbər verir ki, C Liqasında mübarizə aparan komandamız səfərdə Monteneqroya 1:0 hesabı ilə qalib gəlib.

Futbolçularımız qələbə qolunu 84-cü dəqiqədə vurublar. Nazlıcan Parlaq dəqiq zərbə ilə topu qapıdan keçirib. İlk görüşdə Kiprlə heç-heçə oynayan yığmamız 4 xal toplayıb.

Qrupun digər matçında Kipr eyni hesabla Farer adalarını məğlubiyyətə uğradıb.

İdman.biz