"Qarabağ" - "Molde" matçını Norveçdə 3 kanal eyni anda yayımlayacaq

Xəbərlər
20 Sentyabr 2023 09:44
178
"Qarabağ" - "Molde" matçını Norveçdə 3 kanal eyni anda yayımlayacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçında üz-üzə gələcək "Qarabağ" - "Molde" matçını 3 kanal eyni anda yayımlayacaq.

İdman.biz xəbər verir ki, bu sözləri Norveç Teleradio və Yayım şirkətinin rəsmisi Olvand Kirgistian yerli mətbuata açıqlamasında bildirib.

O, görüşə böyük marağın olduğunu vurğulayaraq ölkə ərazisində yayımın əlçatan olmasını vacib hesab edib: “UEFA Avropa Liqasının yeni mövsümü start götürür, olduqca böyük tamaşaçı auditoriyasına malik bir turnirdir. "Molde"nin də bu turnirdə iştirakını nəzərə alaraq bir çox TV kanallarla danışıqlar apardıq və 2 idman və 1 sosial yönümlü kanalla danışıqlar uğurlu başa çatdı. Lakin günün sonuna kimi kanalların sayı 4-ə də çata bilər”.

Qeyd edək ki, "Qarabağ" - "Molde" görüşü sabah Bakıda saat 20:45-də start götürəcək.

İdman.biz