Rusiyalı qapıçı PSJ-də

Xəbərlər
28 May 2024 22:12
1 171
Rusiyalı qapıçı PSJ-də

PSJ Rusiya yığmasının qapıçısını transfer edib.

İdman.biz xəbər verir ki, Matvey Safonov Paris klubu ilə 5 illik müqavilə imzalayıb.

Qolkiperin çıxış etdiyi “Krasnodar” bu transferdən 20 milyon avro qazanıb. Safonov yaxın günlərdə tibbi müayinədən keçəcək.

Qeyd edək ki, 25 yaşlı qapıçı “Krasnodar” klubunun yetirməsidir. O, başa çatan Rusiya çempionatında 30 oyunda meydana çıxıb və qapısından 37 top buraxıb.

İdman.biz