Azərbaycan Premyer Liqasının VI turu “Araz-Naxçıvan” üçün ikiqat əlamətdar olub.
İdman.biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Neftçi”ni “Dalğa Arena”da qəbul edən naxçıvanlılar 25-ci ev matçına çıxıblar.
1:0 hesabı ilə qalib gələn Azər Bağırovun yetirmələri komandanın Premyer Liqa tarixində 10-cu ev qələbəsini əldə ediblər. Digər 15 görüşdə 7 heç-heçəsi olan komanda 8 dəfə uduzub.
“Araz-Naxçıvan”ın Premyer Liqada ilk oyunu və qələbəsi 2000/2001 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 12-də “Dinamo-Bakılı” ilə matçda qalib müəyyənləşməyib – 0:0. 2001-ci il martın 12-də “Şahdağ”la (Quba) qarşılaşmada isə meydan sahiblərinə texniki qələbə verilib.
İdman.biz