Yığmamız İordaniyanı məğlub etdi - VİDEO

Xəbərlər
12 Sentyabr 2023 21:57
122
Yığmamız İordaniyanı məğlub etdi - VİDEO

Bu gün futbol üzrə Azərbaycan yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb.

İdman.biz saytı xəbər verir ki, millimiz İordaniya komandası ilə qarşılaşıb.

Üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika yığmasına 0:1 hesabı ilə uduzan yığmamız bu dəfə qələbə qazanıb. Oyun millimizin 2:1 hesablı uğuru ilə başa çatıb. Komandamızın qollarını penaltidən Emin Mahmudov və Renat Dadaşov vurublar.

Beynəlxalq yoldaşlıq oyunu

20:00. Azərbaycan - İordaniya - 2:1
Qol: Emin Mahmudov, 45+1 (pen.). Renat Dadaşov, 79 - Əl Raşdan, 57
Baş hakim: Arda Kardeşler (Türkiyə)
Bakı. "Dalğa Arena"
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Qismət Alıyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov (k), Coşqun Diniyev, Aleksey İsayev, Ozan Can Kökçü, Musa Qurbanlı, Mahir Emreli.
İordaniya: Yazid Əbu Layla, Mustafa Eid, Yazan əl-Arab, Abdullah Nəsib, İhsan Haddad, Nizar Əl Raşdan, Raqayi Ayed, Musa Hammad, Əli Olvan, Mahmud Almardi, Həmzə əl-Dardur.

İdman.biz