Şahruddin qapısını toxunulmaz saxlayıb

Xəbərlər
13 Aprel 2024 22:37
145
Şahruddin qapısını toxunulmaz saxlayıb

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Adana Dəmirspor” “Kayserispor”la heç-heçə oynayıb.

Start heyətində yer alan Şahruddin qapısını toxunulmaz saxlaya bilib. Oyun 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Adana Dəmirspor” 32 turdan sonra 40 xalla 11-ci pillədə yer alıb.

İdman.biz