Kaxaber Tsxadadze: “Xarakter göstərmək lazımdır”

Xəbərlər
13 Aprel 2024 19:37
122
Kaxaber Tsxadadze: “Xarakter göstərmək lazımdır”

“Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər”.

İdman.biz xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis Azərbaycan Premyer Liqasının XXX turunda “Turan Tovuz”a məğlubiyyəti şərh edib. Tsxadadze rəqibin ikinci qolunu kuryoz adlandırıb: “Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurar arazulayıram. Hakimlər haqda danışmayacam. Çünki, mənası yoxdur. Biz də penalti olduğunu gözləyirdik."

“Qəbələ”nin baş məşqçisi futbolçuları tənqid etməsinə də aydınlıq gətirib: “Onlarda mənfi fikir yaranması ilə razı deyiləm. Həmişə onlarla müzakirələr aparırıq. Hər şeyin insanın üzünə deyilməsinin tərəfdarıyam. Kimsə pis məşqçi olduğumu desə, əsəbləşəcəm, ona yaxşı məşqçi olduğumu sübut edəcəm. Oyunçular da yaxşı olduqlarını sübut etməlidir. Xarakter göstərmək lazımdır. Zəif adamlar tez ruhdan düşür. Onların hər birinə inanıram. Bu gün gənc futbolçunu meydana buraxdıq. Sanki 20 ildir bu komandada oynayır. Özünü çox yaxşı göstərdi”.

Qeyd edək ki, “Qəbələ” öz meydanında “Turan Tovuz”a 1:2 hesabı ilə uduzub.

İdman.biz