Samir Abasov: “Mənə verilən sarı vərəqə yersiz idi”

Xəbərlər
12 Aprel 2024 22:49
156
Samir Abasov: “Mənə verilən sarı vərəqə yersiz idi”

“Oyunda gərginlik var idi, hücumlar edirdik. Azarkeşlər pis günümüzdə də yanımızda olmalıdır”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXX turunda heç-heçə oynayan “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis hakimlərin “Sumqayıt”a kömək etməsinə münasibət bildirib: “Son iki oyunda baş verənlərin bizimlə əlaqəsi yoxdur. Bir az yox, yetərincə təzyiq gəldi üzərimizə. Ümumiyyətlə, bu haqda danışmaq istəmirəm. Kim desə ki, hakimlər "Sumqayıt"a kömək edir, həmin adamla oturub danışa, suallarına cavab verə bilərəm. Bu polemikaya girsəm, uzun söhbətlər olacaq. Mənim özümə də xoş olmayacaq. Dediklərim saytlara qoyulacaq, şərhlər, söyüşlər... Son iki oyundan danışırıqsa, həmin komandalarla digər matçlarımıza baxaq. Həmin iki komandadan oyun baxımından üstünük. Düşünmürəm ki, hansısa klubumuzun hakimə ehtiyacı olsun. Məsələn, niyə Roy Kehatın qolu sayılmayıb? Amma biz bunun üzərinə getmirik. Həmin klublara da təşəkkür edirəm ki, bizə tərəf yozmadılar. Bu söhbətləri ört-basdır etmək lazımdır. Bizə heç də xoş deyil. Bu gün də hakimin yox, öz hesabımıza qələbə qazanmaq istəyirdik”.

Samir Abasov hakimlə mübahisə etməsinə aydınlıq gətirib: “Meydanda olan epizodlara görə idi. Sarı vərəqələr məni də dilə gətirəcək. Referilərə qarşı mülayim davranmışam. Bilmirəm mütləq sarı vərəqə verilməlidir deyə qanun qoyulub, yoxsa necədir. Bu gün mənə verilən sarı vərəqə yersiz idi”.

Qeyd edək ki, hesabında 44 xal olan “Sumqayıt” 3-cü pillədə qərarlaşıb.

İdman.biz