Samir Abasov: “Oyunu uda bilərdik”

Xəbərlər
7 Aprel 2024 22:51
155
Samir Abasov: “Oyunu uda bilərdik”

“İtkilərdən danışmağı sevmirəm. "Neftçi"ni uda bilərdik. Dəyişikliklərlə nəsə edə bilərdik”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXIX turunda "Neftçi" ilə heç-heçə başa çatan oyunu şərh edib: “Bəzi epizodları əvvəlcədən işləyirik. Oyunçularımızın epizodlardan istifadə edə bilməmələri keyfiyyətə bağlıdır. Əfsuslar olsun ki, bəzi oyunçularımız yox idi. Oktavio və Murata oynamırdı. Futbolçularımı təbrik edirəm. Sona kimi yaxşı oynadılar. Səbuhi Abdullazadə öz yetirməmizdir. Səbuhinin yerində Murata və Oktavio olsaydı, başqa cür qərarlar görərdik. Yerlilərdən danışırıqsa, onlar oyun anlayışı olaraq, yavaş-yavaş addımlayırlar. Səbuhi bu cür epizodları çox yaşamalıdır. Roi Kehatı öz istəyi ilə dəyişdik və Səbuhini önə çəkdik. Səbuhi çox yaxşı futbolçu olacaq”.

Samir Abasov “Sumqayıt”ın Avropakuboklarına vəsiqə uğrunda mübarizə aparan komandaların şansları barəsində danışıb: “Aşağı-yuxarı digər klublarla eyni gücdəyik. Üzülürəm ki, oyunumuz gedə-gedə heç nə edə bilmədik. Amma yan-yörəmə baxıram ki, cavan uşaqlar qalıb ehtiyatda. Desəm iki xal itirdik... Analiz edib deyə bilərəm. 100 faizli qol epizodlarımız bir addım daha çox idi. Oyunu uda bilərdik. "Neftçi"nin futbolçuları bizim yaratdığımız epizodları vurardı. Öz oyunçularımı aşağılamıram. Sadəcə kritik nöqtələr var ki, "Neftçi" oyunçuları onu daha dəqiq verə bilərdilər”.

“Sumqayıt”ın baş məşqçisi hakimlərlə bağlı da danışıb: “Əsla, sakitçilikdən söhbət gedə bilməz. Meydanda nə baş verirsə-versin, mətbuat konfranslarda hakimlərin üstünə getməyin tərəfdarı deyiləm. Bu, pis təcrübədir. Bu olanda əksinə daha da qızışdırırıq oyunu. Cavan referilərimiz var, yaxşı idarə edirlər. Türkiyə kimi böyük ölkələrdə bundan beş-betərin görümüşk. Nə baş verirsə, meydanda baş versin. Hakimlərdən danışmağın, onların üzərinə getməyin tərəfdarı deyiləm”.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” matçı 1:1 hesabı ilə başa çatıb.

İdman.biz