Son dəqiqə qolu “Qəbələ”yə ümid verib - VİDEO

Xəbərlər
3 Aprel 2024 20:57
321
Son dəqiqə qolu “Qəbələ”yə ümid verib - VİDEO

Bu gün Azərbaycan kubokunda 1/2 final mərhələsinin ikinci matçı keçirilib.

İdman.biz xəbər verir ki, ilk oyunlara Zirədə yekun vurulub.

Qəsəbənin eyniadlı klubu “Qəbələ”ni qəbul edib. Rəşad Sadıqovun yetirmələri Premyer Liqanın autsayderi ilə səfər görüşünə üstün yollanacaqlar. "Zirə" fasilədən sonra iki qol vurub. Son dəqiqələrdə buraxılan toplardan birinin əvəzini çıxan "Qəbələ" titulu qorumaq üçün yaxşı imkan əldə edib.

Qeyd edək ki, mərhələnin cavab görüşləri aprelin 24-də keçiriləcək.

Azərbaycan kuboku
1/2 final, ilk oyun
19:00. “Zirə” – “Qəbələ” - 2:1

Qollar: Salifu Suma, 51. Rafael Utziq, 66 - Feras Abu Akal, 90
Baş hakim: İnqilab Məmmədov
“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 70. İssa Cibrila, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 53. Elnur İbragimov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 6. Feras Abu Akal
Baş məşqçi: Kaxaber Tsxadadze
Zirə İdman Kompleksinin stadionu

İdman.biz