Renat oynamayıb, komandası “Qalatasaray”a uduzub

Xəbərlər
2 Aprel 2024 23:39
Renat oynamayıb, komandası “Qalatasaray”a uduzub

Azərbaycanlı futbolçu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” Türkiyə Superliqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun komandası 31-ci turda səfərdə “Qalatasaray”a 0:1 hesabı ilə uduzub.

Matça ehtiyat oyunçular skamyasında start verən Renat meydana çıxmaq şansı qazanmayıb. Mauro İkardinin vurduğu qol qarşılaşmanın taleyini həll edib. Hesabında 33 xal olan “Hatayspor” 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Renatın komandası 32-ci turda öz meydanında “İstanbulspor”la qarşılaşacaq.

İdman.biz