Rövnəq Abdullayev millinin sabiq baş məşqçisini təbrik edib

Xəbərlər
1 Aprel 2024 13:27
234
Rövnəq Abdullayev millinin sabiq baş məşqçisini təbrik edib

AFFA rəhbərliyi futbol veteranı Vaqif Sadıqovu 65 illik yubileyi münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

AFFA-nın prezidenti Rövnəq Abdullayev Məşqçilər Komitəsinin sədri, qurumun vitse-prezidenti Vaqif Sadıqovu 65 illik yubileyi münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Veterana milli komandanın 65 nömrəli forması hədiyyə olunub.

Qeyd edək ki, Sadıqov Azərbaycan millisinin sabiq baş məşqçisi və “Neftçi”nin sabiq futbolçusu olub.

İdman.biz