Juninyo: "Erkən çempionluğu gözləmirdim”

Xəbərlər
29 Mart 2024 23:14
Juninyo: "Erkən çempionluğu gözləmirdim”

"Qarabağ"ın hücumçusu Olavio Juninyo çempionluq təəssüratlarını jurnalistlərlə bölüşüb.

İdman.biz braziliyalı futbolçunun müsahibəsini təqdim edir.

- "Qarabağ"da qazanılan ilk çempionluq təəssüratların necədir?
- Əslində, "Qarabağ"da ilk titulumla yanaşı, həm də peşəkar idmançı kimi birinci titulumdur. Bu da mənə əlavə sevinc və xoşbəxtlik bəxş edir.

- Belə erkən çempionluq gözləyirdinmi?

- Hər mövsümdən öncə klub qarşısına hədəflər qoyur. Bu, görülən işlərin nəticəsidir. Açığı, bu qədər erkən çempionluğu gözləmirdim. Amma planımızda var idi.

- Fransa klublarından təkliflər aldığın doğrudur?

- Bununla bağlı heç bir məlumatım yoxdur. Əgər belə ehtimallar varsa, agentim bu işlərlə məşğul olur. O, Bakıya gələcək və mənə lazım olan məlumatları verəcək. Şəxsən mənim özüm heç bir məlumata sahib deyiləm.

İdman.biz