“Qarabağ” – çempion!

Xəbərlər
29 Mart 2024 21:03
369
“Qarabağ” – çempion!

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün çempionu bəlli olub.

İdman.biz xəbər verir ki, qızıl medalların sahibi IV dövrənin ilk oyun günündə müəyyənləşib.

XXVIII turda “Kəpəz”in qonağı olan “Qarabağ” 1-ci yeri təmin edib. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə Ağdam klubu qalib gəlib - 6:1. Bu, Ağdam klubunun tarixində 11-ci çempionluğu olub.

Bununla da Qurban Qurbanovun yetirmələri xal hesabını 69-a çatdırıb. “Qarabağ” izləyiciləri “Neftçi”, “Sabah” və “Zirə” üçün əlçatmaz olub. Sona 8 tur qalmış “Nettçi”nin 43, hərəyə 9 matç keçirəcək “Sabah” 40, “Zirə” 39 xala malikdir.

Qeyd edək ki, çempionun mükafatlandırılması son ev oyununda – mayın 19-da keçiriləcək XXXV turda gerçəkləşəcək.

İdman.biz