Miodraq Bojoviçin qələbə şərhi: “Bir az bəxtimiz gətirdi”

Xəbərlər
29 Mart 2024 19:06
681
Miodraq Bojoviçin qələbə şərhi: “Bir az bəxtimiz gətirdi”

"Bilirdik ki, bu oyun bizim üçün çətin olacaq. Ona görə yox ki, "Qəbələ" Premyer Liqada qalmaq üçün mübarizə aparır”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç deyib.

Monteneqrolu mütəxəssis Azərbaycan Premyer Liqasını XXVIII turunda “Qəbələ” ilə oyunu şərh edib. Bojiviç fasilədən sonra açıq oyun getdiyinin bildirib: "Qəbələ" yaxşı komandadır. Təcrübəli baş məşqçisi var. İlk hissə elə də maraqlı keçmədi. Futbolçular yaxşı nəfəs ala bilmirdilər. Kilan Lebon şəxsi keyfiyyətləri sayəsində gözəl qol vurdu. İkinci hissədə açıq oyun gedirdi və hər iki tərəfdə səhvlər var idi. Biz də qol vura bilərdik, rəqib də. Qələbə qazandıq. Amma bir az bəxtimiz gətirdi".

“Neftçi”nin baş məşqçisi Qəbələdəki şəraiti dəyərləndiri. Bojoviç komandanın kapitanı Emin Mahmudovun vəziyyinə də aydınlıq gətirib: Azərbaycanda ən yaxşı meydança buradadır. Məşq üçün də keyfiyyətli meydançaları var. Emin bir az ağrı hiss edirdi. Onu növbəti oyuna saxlamaq istədik. Çempionatda bütün komandalar demək olar ki, eyni səviyyədədir. Digər komandalarla müqayisədə son vaxtlarda bizim keyfiyyətimiz bir az artıb. İndi daha çox qol epizodu yaradırıq və qollar vururuq”.

Qeyd edək ki, “Neftçi” “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.

İdman.biz