“Turan Tovuz” futbol komandasında rəhbərlik dəyişikliyinin baş verə biləcəyi iddia olunur.
İdman.Biz sport1.az-a istinadən xəbər verir ki, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev vəzifəsini tərk edə bilər.
Bildirilib ki, oktyabrın 7-də “Turan Tovuz”un İdarə Heyətinin iclası keçiriləcək. Ehtiram Quliyevin rəhbər vəzifəsində qalıb-qalmayacağına da həmin toplantıda aydınlıq gələcək.
Qeyd edək ki, Ehtiram Quliyev 2023-cü il iyulun 8-dən “Turan Tovuz”un İdarə Heyətinin sədridir.
