33 ildən sonra “Marafon” stadionunda futbol həyəcanı - VİDEO

5 Oktyabr 2026 18:00
101
33 ildən sonra “Marafon” stadionunda futbol həyəcanı

Sabirabad rayonunun Bulaqlı kəndində yerləşən “Marafon” stadionu 33 ildən sonra yenidən futbolsevərlərin ixtiyarına veriləcək.

İdman.Biz-in məlumatına görə, uzun illər istifadəsiz qalan stadion əsaslı şəkildə təmir olunub.

Artıq Peşəkar Futbol Liqasının (PFL) rəsmi nümayəndələri də stadiona baxış keçirərək burada yaradılan şəraiti qənaətbəxş hesab ediblər.

Bərpadan sonra stadionda ilk futbol qarşılaşması oktyabrın 8-də keçiriləcək. Qarşılaşmada “Dinamo” (Bakı) və “Marafon” (Sabirabad) komandaları üz-üzə gələcək.

Beləliklə, 33 illik fasilədən sonra Bulaqlı kəndində futbol həyəcanı yenidən yaşanacaq.

Qeyd edək ki, məlumatı Peşəkar Futbol Liqası (PFL) İdman.Biz-ə təsdiqləyib.

İdman.Biz