Azərbaycan - Belçika oyununda BİR QOL VURULDU - VİDEO

Xəbərlər
9 Sentyabr 2023 18:54
102
Azərbaycan - Belçika oyununda BİR QOL VURULDU - VİDEO

Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.

İdman.biz-in məlumatına görə, yığma V tur çərçivəsində Belçika ilə üz-üzə gəlib.

Qrupun favoriti ilə qarşılaşma “Dalğa Arena”da baş tutub. FİFA reytinqində 5-ci pillədə qərarlaşan belçikalılar Bakıda 1:0 hesabı ilə qalib gəldilər.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.

AVRO-2024-ün seçmə mərhələsi
V tur
F qrupu
17:00. Azərbaycan - Belçika - 0:1
Baş hakim: Nenad Minakoviç (Serbiya)
Bakı, “Dalğa Arena”

Qol: Karrasko, 38

Xal durumu: Avstriya - 10 (4 oyun), Belçika – 10 (4), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (4)

----------

17:39

Oyunun 38-ci dəqiqəsində Belçikanın oyunçusu Karrasko fərqlənib.

Azərbaycan - Belçika 0:1

---------

17:00

Oyun başlayıb.

AVRO-2024-ün seçmə mərhələsi

V tur
F qrupu

17:00. Azərbaycan – Belçika 0:0

Baş hakim: Nenad Minakoviç (Serbiya)
Bakı, “Dalğa Arena”

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Yusif Nəbiyev, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı
Baş məşqçi: Canni De Byazi

Belçika: 12. Koen Kastels, 4. Vout Fas, 5. Yan Vertongen, 3. Artur Teat, 21. Timoti Kastan, 6. Amadou Onana, 8. Yuri Tilemans, 11. Leandro Trossard, 10. Yannik Karrasko, 19. Yohan Bakayoko, 9. Romelu Lukaku
Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 7. Ceremi Doku, 14. Dodi Lukebakio, 15. Olivye Deman, 16. Amin əl-Dahil, 17. Şarl de Ketelar, 18. Orel Manqala, 20. Lois Openda, 22. Uqo Siqet, 23. Mişi Batşuayi
Baş məşqçi: Domeniko Tedesko

--------

09:51

Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.

İdman.biz-in məlumatına görə, yığma V tur çərçivəsində Belçika ilə üz-üzə gələcək.

Qrupun favoriti ilə qarşılaşma “Dalğa Arena”da baş tutacaq. İlk üç oyununda hesabına cəmi 1 xal yazdıran Canni De Byazinin kollektivinin şansı o qədər də yüksək qiymətləndirilmir. FİFA reytinqində 5-ci pillədə qərarlaşan belçikalılar Bakıya kifayət qədər ciddi itkilərlə gəlmələrinə baxmayaraq, oyunun favoriti hesab olunurlar.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.

AVRO-2024-ün seçmə mərhələsi
V tur
F qrupu
17:00. Azərbaycan - Belçika
Baş hakim: Nenad Minakoviç (Serbiya)
Bakı, “Dalğa Arena”

Xal durumu: Avstriya - 10 (4 oyun), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3)

İdman.biz