"Qarabağ" Şahruddinlə vidalaşıb

Xəbərlər
8 Sentyabr 2023 16:26
122
"Qarabağ" Şahruddinlə vidalaşıb

“Qarabağ” komandası qapıçı Şahruddin Məhəmmədəliyevlə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bununla bağlı klubun rəsmi feysbuk səhifəsində videoçarx paylaşılıb. Videonun üzərində “Təşəkkürlər, Şah” yazılıb.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək. 29 yaşlı qolkiper Superliqada çıxış edən “Adana Demirspor”la anlaşıb.

İdman.biz