Musa İsveç kubokunun finalında - VİDEO

Xəbərlər
17 Mart 2024 21:19
256
Musa İsveç kubokunun finalında - VİDEO

Azərbaycanlı futbolçu İsveç kubokunun finalına vəsiqə əldə edib.

İdman.biz xəbər verir ki, Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” yarımfinalda qələbə qazanıb.

Musanın komandası AİK-lə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penalti zərbələri zamanı 3:2 hesabı ilə qalib gələn “Yurqorden” cütün qalibi olub.

Azərbaycan yığmasının hücumçusunun adı iştirak ərizəsinə daxil edilsə də, o, meydana çıxmayıb.

Qeyd edək ki, Qurbanlının komandası finalda “Malmö” ilə üz-üzə gələcək. Həlledici oyun mayın 9-da baş tutacaq.

İdman.biz

Məqalədə: