Bəxtiyar sarı alıb, “Tuzlaspor” uduzub - VİDEO

Xəbərlər
17 Mart 2024 18:05
310
Bəxtiyar sarı alıb, “Tuzlaspor” uduzub - VİDEO

Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadə Türkiyə 1-ci Liqasında məğlub olub.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Tuzlaspor” Ərzurum səfərindən xalsız dönüb.

Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri 37-ci dəqiqədə fərqləniblər. 90 dəqiqə meydanda olan Bəxtiyar sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, 27 turdan sonra 27 xal toplayan “Tuzlaspor” 16-cı pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: