Azər Bağırovun təəssüfü...

Xəbərlər
16 Mart 2024 21:21
121
Azər Bağırovun təəssüfü...

“Oyuna yaxşı hazırlaşmışdıq. Qırmızı vərəqəyə qədər oyun yaxşı gedirdi. Futbolda belə şeylər olur”.

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXVII turunda “Qəbələ” ilə qarşılaşmada xal itkisinə görə təəssüfləndiyini bildirib: Təəssüflənirəm ki, 3 xal qazana bilmədik. 3 xal bizim üçün çox vacib idi. "Qəbələ"yə uğurlar arzulayıram.
Eyni oyunçu həm qırmızı vərəqədə, həm də qolda rol oynadı. Futbolçuya çox söz demək onu daha da sındırmaqdır. Yaddan çıxarmaq lazımdır”.

Azər Bağırov Avrokuboklara vəsiqə verən yerlərdən geri qaldıqlarını deyib: “32 xalımız var. 2-ci pillədən 8 xal geridəyik. Hər an hər şey dəyişə bilər. Qarşıda 9 oyun var. Bu gün hesabda öndə idik. Kim deyərdi ki, azlıqda qalacağıq, qapımızda özümüz qol epizodu yaradacağıq. Futbolun yazılmamış qanunları var. Hər an hər şey ola bilər. İki qələbədən sonra “ilk 3-lüy”də ola bilərsən. Əlimizdə olan materiala uyğun hərəkət edirik. Pis futbol oynamırıq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qəbələ” görüşü 1:1 hesabı ilə başa çatıb.

İdman.biz