Juninyo: “Qırmızı vərəqə matçın nəticəsinə təsir göstərdi”

Xəbərlər
15 Mart 2024 02:19
Juninyo: “Qırmızı vərəqə matçın nəticəsinə təsir göstərdi”

“İkinci qola görə, daha çox üzüldüm”.

İdman.biz xəbər verir ki, bunu "CBC Sport"a açıqlamasında “Qarabağ”ın hücumçusu Olavio Juninyo deyib.

Braziliyalı forvard "Bayer"ə 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib: “Maraqlı oyun alındı. “Bayer”in potensialına bələdik. Göstərdikləri oyuna görə, qələbəyə layiq idilər. Qırmızı vərəqə matçın nəticəsinə təsir göstərdi. Bu anda bir az bəxtsizlik oldu. Bütün futbolçular belə oyunlarda sonadək meydanda olmaq istəyirlər. Məndə yorulmuşdum və baş məşqçi məni əvəz etdi”.

Juninyo “Qarabağ”dakı gələcəyi barədə də danışıb: “Mən ancaq onu deyə bilərəm ki, burada çox xoşbəxtəm. Komandadan və ölkədən qürur duyuram. “Qarabağ”a dərhal adaptasiya oldum. Mövsümün sonunu gözləməliyik. Futbolda hər şey ola bilər”.

Qeyd edək ki, Juninyo “Qarabağ”ın 2-ci qolunun müəllifi olub.

İdman.biz