Lunyov: “Əlavə motivasiyaya ehtiyac yoxdur”

Xəbərlər
13 Mart 2024 20:28
462
Lunyov: “Əlavə motivasiyaya ehtiyac yoxdur”

“Sabah bizi yaxşı oyun gözləyir. Bu görüş bizim üçün çox mühümdür. Təəssüf ki, ilk matçda qələbə hesabını qoruya bilmədik”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.

Rusiyalı qapıçı Avropa Liqasının 1/8 finalının cavab matçında əvvəl keçirilən mətbuat konfransında komandanın şanslarından danışıb: “Məncə, cavab qarşılaşmasında da şansımız olacaq. Mərhələ adalamaq üçün sabah əlimizdən gələni edəcəyik. Şansları 50/50 dəyərləndirirəm. Bu, futboldur, 90 dəqiqə ərzində 11 futbolçu mübarizə aparır. Az səhv edib, ələ düşən fürsətlərdən istifadə etmək lazımdır. Sabah öz oyunumuzu oynayıb, nəticə qazanmaq istəyirik”.

Lunyov əvvələr çıxış etdiyi "Bayer"ə qarşı xüsusi motivasiya olmadığını bildirib: “Bütün oyunlara 100 faiz konsentrasiya oluram. Əlavə motivasiyaya ehtiyac yoxdur. Pley-offda rəqib güclü olur. Bu mövsümdə 4-cü dəfə “Bayer”lə qarşılaşacağıq. Artıq rəqibin bütün oyunçularını gözəl tanıyırıq. Sabah yaxşı oyun nümayiş etdirəcəyik”.

Qeyd edək ki, “Bayer” – “Qarabağ” matçı sabah saat 00:00-da start götürəcək.

İdman.biz