Rahildən ardıcıl 2-ci qələbə

Xəbərlər
12 Mart 2024 00:52
535
Rahildən ardıcıl 2-ci qələbə

Azərbaycanlı futbolçu Rahil Məmmədovun çıxış etdiyi LKS Polşa çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun komandası 24-cü turda səfərdə “Varta”ya qalib gəlib.

Poznan şəhərində keçirilən qarşılaşma 1:0 hesabı ilə yekunlaşıb. Oyunun taleyini həll edən yeganə qol 74-cü dəqiqədə vurulub. Bu, LKS-in ardıcıl ikinci qələbəsi olub. Rahil çətin rəqiblə matçda 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, Məmmədovun klubu 16 xalla Ekstraklasada sonuncu pilləni tutur.

İdman.biz