Qurban Qurbanov: “Xal fərqinə uçurum kimi baxsaq, ziyanımıza işləyər”

Xəbərlər
3 Mart 2024 22:19
417
Qurban Qurbanov: “Xal fərqinə uçurum kimi baxsaq, ziyanımıza işləyər”

“Görünürdü ki, "Neftçi" çox ciddi hazırlaşıb. Bəlkə də, tam istədiyimiz kimi oyuna nəzarət edə bilmədik. Vacib qələbə qazandıq”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXV turunda “Neftçi” üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib: “Hər iki komanda sürətli, dinamik oynadı. Rəqibə uğurlar arzulayıram. Çox yaşı ab-hava var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, komandaları dəstəklədilər, futbolçuları daim oyunun içində olmağa kömək oldular. Son dəqiqələrdə iki qol vurduq. "Neftçi" riskə getmişdi, əks-hücumdan sonra fərqləndik. Bu cür oyunlarda hesabın 2:1 və ya 3:1 olması bir o qədər fərq etmir. Çünki itirləcək bir şeyləri yox idi. Ona görə daha çox sayda futbolçular irəli atılırlar”.

Qurban Qurbanov turnir cədvəlində 23 xallıq fərqə münasibət bildirib: “İnanın ki, xal fərqi 23 olsa da, bu haqda heç nə düşünmürəm. Futbolçu öz ritmindən düşməli deyil. Görürsüz ki, demək olar bəzən iki heyətdə də dəyişiklik edirəm. Ki, oyunçular tonusda qalsınlar. Ona görə vaxt itirə bilmərəm ki, hansısa oyunçu oyun ritmindən düşsün. Perspektivli oyunçuların hamısı bizimlədirlər, məşq edirlər. Amma oyunları hələ fikirləşmirəm. Xal fərqinə uçurum kimi baxsaq, ziyanımıza işləyər. Elə oyunlarımız olub ki, çox gərgin keçib, son dəqiqələrdə qol vurmuşuq. Sadəcə, ola bilər ki, ustalıq keyfiyyətləri önə çıxıb. Amma çempionatımız asan deyil, gərgin keçir. Hər bir komanda digərinə qarşı düzgün, dinamik oyun oynaya bilirlər. Qətiyyən də uçurum kimi baxmarıq”.

Qeyd edək ki, “Qarabağ” Azərbaycan derbisində “Neftçi”yə 4:1 hesabı ilə qalib gəlib.

İdman.biz