“Qarabağ”ın qapıçısı çempionun adını açıqlayıb

Xəbərlər
28 Fevral 2024 09:47
1 207
“Qarabağ”ın qapıçısı çempionun adını açıqlayıb

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya çempionatı ilə bağlı proqnoz verib.

İdman.biz xəbər verir ki, 32 yaşlı qolkiper Premyer Liqada kimin olacağını Rusiya mətbuatına açıqlayıb.

O, əvvəllər formasını geyindiyi “Zenit”in uğuruna şübhə etmədiyini bildirib: “Mövsümün gedişindəki nəticələr o qədər maraqlı deyil. Əsas yekun nəticədir. “Zenit”in birinci olacağına heç bir şübhəm yoxdur. Əgər hadisələrin hər hansı axarı baş verməsə, belə olacaq. Hər şey konkret “Zenit”dən asılıdır. Hər şey onların öz əlindədir”.

Qeyd edək ki, 18 oyunda 36 xal toplayan “Zenit” hazırda ikincidir. Sankt-Peterburq klubu “Krasnodar”dan 2 xal geri qalır.

İdman.biz