15 yaşadək oğlanlar arasında keçiriləcək ilk dünya çempionatında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması istiqamətində seçim prosesi davam edir
İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, dünya çempionatına hazırlıq çərçivəsində 2011-ci il təvəllüdlü futbolçuların növbəti təlim-məşq toplanışı keçiriləcək.
Toplanış sentyabrın 8-9-da və 12-14-də Bayıl Təlim-Məşq Mərkəzində təşkil olunacaq. Hazırlıq prosesində futbolçuların seçimi davam etdiriləcək və mundialda iştirak edəcək yekun heyət müəyyənləşəcək.
Toplanışa dəvət olunan 25 futbolçudan 14-ü dünya çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Bununla yanaşı, U-15 milli komandasında 2012-ci il təvəllüdlü futbolçular arasında da seleksiya prosesi davam etdirilir. Bu yaş qrupundan ibarət yığma oktyabrın 20-dən 26-dək Maltada keçiriləcək UEFA İnkişaf Turnirinə hazırlaşır.
Toplanışa dəvət olunan futbolçular:
Oqtay Mehrəliyev – “Qarabağ”
Daniil Bayramari – “Qəbələ”
Məhəmməd Ağamalıyev – “Qarabağ”
Abbas Məmmədli – “Qarabağ”
Asif Allahverdizadə – “Ulduz FA”
Emil Quliyev – “Neftçi”
Teymur Quliyev – “Ulduz FA”
Əkbər Nağıyev – “Neftçi”
Kənan Əzimov – “Neftçi”
Həsən Məhmədov – “Sabah”
Murad Zeynallı – “Ulduz FA”
Səbran Muradlı – “Qarabağ”
Müşfiq Zamanov – “Ulduz FA”
Xalid Soltanov – “Qəbələ”
Ömər Allahverdiyev – “Turan Tovuz”
Səbuhi İbrahimli – “Ulduz FA”
Yusif Əlizadə – “Ulduz FA”
Həsən Ramazanov – “Sabah”
Murad Məmmədzadə – “Sabah”
Nihad Bəylərli – “Ulduz FA”
Əli Hacıyev – “Sabah”
Həsən Müşfiqzadə – “Qarabağ”
Ramil İsmayıllı – “Karvan”
Maksim Adamov – “Neftçi”
Amin Tağıyev – “Qarabağ”
Qeyd edək ki, 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı oktyabrın 22-dən 31-dək Bakıda keçiriləcək.
