“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey yüngül xoşxassəli aritmiya səbəbindən ürək əməliyyatı keçirib. Bu barədə klub məlumat yayıb.
İdman.Biz xəbər verir ki, 29 yaşlı futbolçuya ürək ablyasiyası proseduru tətbiq edilib. Əməliyyat uğurla başa çatıb.
Maktomineyin məşqlərə qayıtmazdan əvvəl təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
2024-cü ildən “Napoli”də çıxış edən şotlandiyalı yarımmüdafiəçi cari mövsümdə iki oyunda meydana çıxıb və məhsuldar ötürmə ilə yadda qalmayıb.
Qeyd edək ki, Maktomineyin klubla müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir. “Transfermarkt”ın məlumatına görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.
