Azərbaycanlı futbolçuya Kirov rəhbərlik edəcək

Xəbərlər
26 Fevral 2024 22:41
298
Azərbaycanlı futbolçuya Kirov rəhbərlik edəcək

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni baş məşqçisinin adı dəqiqləşib.

İdman.biz xəbər verir ki, “Arda” klubuna Nikolay Kirov rəhbərlik edəcək.

Kirov karyerası ərzində ikinci dəfə Kardcali təmsilçisinin baş məşqçisi olacaq. O, 2020/2021 mövsümündə də “Arda”ya rəhbərlik edib və komandanı Bolqarıstan kubokunun finalına daşıyıb. Cəlalın komandası həlledici oyunda SSKA-ya (Sofiya) uduzub.

48 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb. Dünən “Arda” uğursuz nəticələrdən sonra baş məşqçi Aleksandr Tunçevlə yollarını ayırıb.

Qeyd edək ki, çempionatda son 4 turda uduzan Hüseynovun komandası 8-ci pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: