“Sabah”ın məşqçisi məğlubiyyətin səbəbini açıqlayıb

Xəbərlər
24 Fevral 2024 20:19
152
“Sabah”ın məşqçisi məğlubiyyətin səbəbini açıqlayıb

“Birinci hissədə göründü ki, hər iki komanda məğlub olmaq istəmir”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın məşqçisi Ruslan Qafitullun deyib.

Azərbaycan Premyer Liqasının XXIV turunda “Səbail”ə 0:2 hesabı ilə uduzan komandanın çalışdırıcısı müdafiədə səhvə yol verdiklərini bildirib: “Fasilədən sonra daha maraqlı və dinamik oyun oldu. Futbolçularımıza demişdik ki, "Səbail"də fərdi ustalığı olan oyunçular var. Onlara diqqətli olmalarını tapşırmışdıq. Amma müdafiədə diqqətsizlik edib birinci qolu buraxdıq. Ondan sonra daha açıq oyun getdi. "Səbail" çalışırdı ki, bizi əks-hücumda tutsun. Elə də oldu".

Qeyd edək ki, “Sabah”ın 5 oyunluq məğlubiyyətsiz seriyası başa çatıb. Komanda səfərdə “Səbail”ə 0:2 hesabı ilə uduzub.

İdman.biz