Rahildən ardıcıl 3-cü məğlubiyyət

Xəbərlər
24 Fevral 2024 01:38
155
Rahildən ardıcıl 3-cü məğlubiyyət

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında ardıcıl 3-cü oyunda uduzub.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi LKS “Poqon”la bacarmayıb.

Lodz klubu bu görüşə yeni baş məşqçi ilə çıxıb. Yeni təyin olunmuş Marçin Matisyak da LKS-in uğursuz seriyasına son qoya bilməyib. Rahilin komandası səfərdə 4:2 hesabı ilə uduzub. Məmmədov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, LKS Ekstraklasada 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komanda 2-ci dövrənin ilk iki oyununda “Korona” (1:2) və “Vidzev”ə (0:2) uduzub.

İdman.biz

Məqalədə: