Peti uğursuz nəticələrə görə Xavini qınayıb

20 Fevral 2024 18:44
320
Peti uğursuz nəticələrə görə Xavini qınayıb

“Barselona”nın keçmiş futbolçusu Emmanuel Peti baş məşqçi Xavini qınayıb.

İdman.biz xəbər verir ki, fransalı veteran gənc mütəxəssisin daima hakimlər, pulun az olmasından şikayətləndiyini deyib.

Petinin fikrincə, bəz oyunçular formada deyil və Xavi bunun barəsində danışmır: “Xavo son zamanlar çox şeydən şikayətlənir. Bura hakimlər, pul və s. aiddir. Amma oyunçuların formada olmadığını və matçlarda 100 faiz çıxış etmədiklərini demir”.

Qeyd edək ki, Xavi mövsümün sonunda “Barselona”nı tərk edəcəyini açıqlayıb.

İdman.biz

Məqalədə: