Azər Bağırov: “Baş hakim razılaşmır, öz bildiyini edir”

Xəbərlər
17 Fevral 2024 21:25
183
Azər Bağırov: “Baş hakim razılaşmır, öz bildiyini edir”

“Maraqlı oyun keçdi. Hərdən coşub hakimlərin üstünə qışqırırıq. Amma digər tərəfdən də onlara dəstək olmaq lazımdır”.

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə “Sabah”la (2:2) heç-heçə oynayan komandanın çalışdırıcısı 2 xal itirdiklərini bildirib: “Oyun planında Kadrinin mərkəzdə 2-3 gecikməsi oldu. O, 4 gün bundan əvvəl yaxşı oyun keçirib. İstədik ki, ikinci hissədə sürəti artıraq. Onun yerinə Vandersonu öyünə buraxdıq. Mənə elə gəlir ki, pis dəyişiklik olmadı. Ümumi götürəndə səfərdə 1 xal pis deyil. Amma 2:1 öndə idik, hesabı qoruya bilərdik. Epizodlarımız oldu, fərqi artıra da bilərdik. Mənə elə gəlir ki, bu gün 2 xal itirdik”.

Azər Bağırov bu mövsüm 3-cü dəfə “Səbail”ə qalib gələ bilmədiklərinə izah verib: “İlk oyunda hakim səhvi var idi. 45-ci dəqiqədə qapımıza penalti verdi. Bu gün deməzdim ciddi hakim səhvləri oldu. Amma elə şeylər var ki, referilər öz üzərlərində işləməlidirlər. Dördüncü hakim nəsə deyir, baş hakim razılaşmır, öz bildiyini edir. "Səbail"lə 3 oyunun hamısında yaxşı oynamışıq. Yerli futbolçuların ustalıq tərəfini inkişaf etdirməliyik. Legionerlərimiz pis deyil. Bəxtsizliklə əlaqələndirmək olar”.

Qeyd edək ki, “Araz-Naxçıvan” 31 xalla 6-cı pillədə qərarlaşıb.

İdman.biz