Azərbaycanın U-21 millisinin Serbiya yığması ilə oyun üçün heyəti bəlli olub

Xəbərlər
4 Sentyabr 2023 12:38
96
Azərbaycanın U-21 millisinin Serbiya yığması ilə oyun üçün heyəti bəlli olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Serbiya yığması ilə keçirəcəyi oyun üçün heyəti bəlli olub.

İdman.biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 12-də səfərdə baş tutacaq matç üçün yığmamıza 23 futbolçu çağırılıb.

U-21-in heyəti: Rza Cəfərov, Hüseyn Babayev, Fərid Yusifli (hamısı "Neftçi"), Rüstəm Samiqullin, Seymur Məmmədov, Camal Cəfərov, Elçin Qasımov (hamısı "Sabah"), Rüfət Əhmədov ("Kəpəz"), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi "Araz-Naxçıvan"), Süleyman Damadayev, Samir Məhərrəmli (hər ikisi "Şamaxı"), Ayxan Süleymanlı ("Sumqayıt"), Nazim Həsənzadə ("Zirə"), Veysəl Rzayev ("Turan Tovuz"), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (hər ikisi "Səbail"), Mehrac Baxşalı ("Qəbələ"), Eldar Tağızadə ("CD Luqo", İspaniya), Cəlal Hüseynov ("Arda", Bolqarıstan), Ramin Nəsirli ("Dauqavpils", Latviya), Murad Vəliyev ("Levadiya", Estoniya), Mustafa Yıldırım ("İğdırspor", Türkiyə).

Qeyd edək ki, Stara-Pazovada keçiriləcək Serbiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İdman.biz