Vaqif Sadıqov Ayxan Abbasova cavab verib: “Reallaşdırmaq olar”

Xəbərlər
14 Fevral 2024 13:31
487
Vaqif Sadıqov Ayxan Abbasova cavab verib: “Reallaşdırmaq olar”

“Kütləvi şəkildə hamısını legioner saymamaq bəlkə də düzgün olmaz”.

Bunu İdman.bizə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.

O, ötən gün “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun Premyer Liqanın XXII turunda “Kəpəz”lə keçirdiyi matçdan sonra mətbuat konfransında xaricdə yaşayan azərbaycanlı futbolçuların yerli çempionatda legioner sayılmaması ilə bağlı təklifinə münasibət bildirib.

Vitse-prezidentin sözlərinə görə, bu, müzakirəyə açıq bir təklifdir: “Ayxanın təklifini reallaşdırmaq olar. Amma bunun üçün ilk növbədə zəmin yaradılmalı və bir-birinə təkan verən addımlar atılmaldır”.

Sadıqov bu istiqamətdə artıq AFFA tərəfindən müəyyən addımların atıldığını da vurğulayıb: “Biz bu gün xaricdən gələn Azərbaycan əsilli futbolçular arasından ən yaxşılarını seçərək onları milliləşdirib, yığmada oynamaq şansı yaradırıq. Yəni biz ilk addımları atmışıq. Klublarımıza gələnlərin ən yaxşılarını seçərək, yerli statusda oynamasına icazə vermişik”.

Banuçiçək Hüseynli
İdman.biz