Azər Bağırov: “Çox şeyləri geri qaytara bildik”

Xəbərlər
13 Fevral 2024 22:47
184
Azər Bağırov: “Çox şeyləri geri qaytara bildik”

“Oyun çox maraqlı keçdi. Qol epizodlarımız oldu”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi”ni məğlub edən “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

1:0 hesabı ilə qalib gələn Naxçıvan təmsilçisinin çalışdırıcısı komandanın səbirlə müdafiə olunduğunu bildirib: "Sona qədər səbirli müdafiə olunduq və istədiyimiz qolu son dəqiqələrdə vurduq. Uşaqları təbrik edirəm. Bu qələbə, bu oyun bizə lazım idi. Futbolçular öz güclərinə inanmalı idilər. Bu qələbə ilə çox şeyləri geri qaytara bildik. "Neftçi"yə gələcək oyunlarda uğurlar arzulayıram".

Qeyd edək ki, bu qələbədən sonra 30 xal toplayan “Araz-Naxçıvan” 6-cı pilləyə yüksəlib.

İdman.biz