Renat Trabzondan əliboş dönüb

Xəbərlər
12 Fevral 2024 20:42
197
Renat Trabzondan əliboş dönüb

Azərbaycan yığmasının futbolçusu Türkiyə Superliqasında uduzub.

İdman.biz xəbər verir ki, Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” səfərdə “Trabzonspor”a məğlub olub.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Renatın komandası 3 oyundan sonra məğlubiyyət acısı yaşayıb. Bu görüşdə Dadaşov meydana sonradan daxil olub. O, 74-cü dəqiqədə Halil Dervişoğlunu əvəz edib.

Qeyd edək ki, “Hatayspor” 25 turdan sonra 28 xalla 12-ci pillədə qərarlaşıb.

İdman.biz