Yunis Hüseynov: “Yeni baş məşqçinin ölkəsi fərq etmir” - VİDEO

Müsahibə
10 Fevral 2024 14:52
814
Yunis Hüseynov: “Yeni baş məşqçinin ölkəsi fərq etmir” - VİDEO

"Hər zaman demişəm ki, yerli mütəxəssislərə şans verilməlidir. Yerlilər xaricilərdən geri qalmırlar".

Bunu "İdman Bizdə" verilişinin qonağı olan veteran futbolçu Yunis Hüseynov deyib.

Azərbaycan millisinin sabiq oyunçusu yerli mütəxəssislərimizi xaricilərdən üstün sayır. Onun sözlərinə görə, milli yenidən əcnəbiyə əmanət olunarsa, onun oynatdığı futbol komandamız uyğun olmalıdır: "Millətlər Liqasında yığmanı kim çalışdıracaq, futbol fəlsəfəsi necə olacaq, hansı futbolu oynadacağından çox şey asılı olacaq. Xarici mütəxəssis də olsa, onun üslubu bizə uyğun olmalıdır. Ölkəsi fərq etmir. Əsas odur ki, yaxşı mütəxəssis olsun. Ancaq bundan sonra Millətlər Liqasında hansı yeri tuta biləcəyimizi, hansı nəticəni verə biləcəyini daha yaxşı deyə bilərik".

Qeyd edək ki, Azərbaycan UEFA Millətlər Liqasınra C divizionunda İsveç, Slovakiya və Estoniyaya qarşı mübarizə aparacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: