Yunis Hüseynov yığmanın baş məşqçisi olarsa... - VİDEO

Müsahibə
10 Fevral 2024 12:34
864
Yunis Hüseynov yığmanın baş məşqçisi olarsa... - VİDEO

"Hər bir yerli məşqçimiz milli komandaya layiqdir".

Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.

O, Azərbaycan yığmasının boş qalan baş məşqçi postuna özünü namizəd hesab edib: "Özümü milliyə baş məşqçi olmağa layiq sayıram. Yunis Hüseynov da olmasa, hamı istəyəcək ki, milli ilə yaxşı nəticə əldə etsin. Amma reallığa baxdıqda, bu yığmanın Millətlər Liqasında qrupu bir qədər çətin görünür. AVRO-nun seçmə mərhələsində İsveçi 3:0 hesabı ilə udmuşuq. Deyə bilərlər ki, onlara qalib gəlmişik, indi niyə məğlub olar? Amma nəzərə almaq lazımdır ki, həmin vaxt isveçlilərin mərhələ adlamaq şansı yox idi. İsveçə də, Slovakiya da uduzacağımızı da demirəm. Düşünürəm ki, onlarla başabaş da oynaya bilərik. Hansısa bir matçda qələbə də qazanacağıq. Yunis Hüseynovun baş məşqçi olub, komandanı qrupdan çıxara bilməsinə gəlincə, bu, bir qədər çətin sualdır. Reallığa baxsaq, çox çətin olar. Amma var gücümlə çalışaram ki, milli yaxşı nəticə qazansın".

Qeyd edək ki, yığma Millətlər Liqasının C divizionunda Slovakiya, Estoniya və İsveçə qarşı mübarizə aparacaq. Futbolçularımız ilk oyununu sentyabrın 5-də Bakıda İsveçə qarşı keçirəcək.

Emin Ağa
İdman.biz

Məqalədə: