“Qarabağ” – “Braqa” oyununun biletləri satışa çıxarılıb

Xəbərlər
9 Fevral 2024 12:08
140
“Qarabağ” – “Braqa” oyununun biletləri satışa çıxarılıb

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Braqa” oyununun biletləri satışa çıxarılıb.

İdman.biz xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Biletlər bu gün saat 12:00-dan iticket.az-da satışa çıxarılıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlarından “VIP Lounge” üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır. Fanatlar biletləri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), “Park Bulvardakı “Qarabağ” Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun və Heydər Əliyev sarayının kassalarında əldə edə bilərlər. ”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Braqa” matçı fevralın 22-də keçiriləcək.

İdman.biz

Məqalədə: