“Sumqayıt”ın futbolçusu Mehdi Cənnətovun İdman.bizə müsahibəsi
- Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçirdiyiniz ilk oyunda anşlaq yaşandı. Görüşlə bağlı təəssüratlarınız necədir?
- Belə əlamətdar gündə “Neftçi” kimi bir rəqibə qarşı oynayıb, layiqli qələbə qazandığımız üçün çox xoşbəxtik. Azarkeşlərə və bütün şəhərə təşəkkür edirəm.
- Yeni stadion və gözəl atmosferin “Neftçi” üzərində qələbəyə təsir etdiyini demək olar?
- Həqiqətən azarkeşlər əla atmosfer yaratmışdılar. Bu stadionu hər zaman belə dolu görmək istəyirəm. Çünki azarkeşlər bizim 12-ci oyunçumuzdur. Onlar bizi motivasiya edirlər.
- Əsas rəqiblərinizdən birini üstəyələrək ikinci yerə yüksəldiz. Bu qələbədən sonra Premyer Liqada gümüş medal qazanmaq şanslarınızı necə dəyərləndirirsiz?
- Hamımız ikinci yerdə olduğumuz üçün xoşbəxtik. Ancaq pillələr dəyişə bilər. Diqqətli olmalıyıq. Mövqemizin əldən çıxmasına yol verməməliyik. Hələ görüləsi çox işimiz, oynayacağımız matçlarımız var.
- Premyer Liqada və kubokda “Neftçi”yə qarşı 2 ardıcıl oyun keçirdiz. 2 gün sonra yenidən üz-üzə gələcəksiz. Üçüncü dueldən gözləntiləriniz nədir?
- “Neftçi” kimi komandalar səhvi bağışlamır, dərhal cəzalandırırlar. Təəssüf ki, kubokda belə oldu. Çempionatda biz daha diqqətli idik. Fədəkarlıq göstərdik və nəticədə zəfər qazandıq. Qarşıdakı oyun bizim üçün finala bərabərdir.
- Çempionatda növbəti oyununuz keçmiş komandanız “Zirə”yə qarşı olacaq. Onlar həm də gümüş medallar uğrunda əsas rəqiblərinizdəndilər. Səncə, bakılılar məğlub edə biləcəksiz?
- Hamımız “Zirə”nin nə qədər güclü klub olduğunu bilirik. “Neftçi”dən sonra onlara qarşı matça ciddi hazırlaşacağıq. Amma hazırda bütün diqqətlərimiz kubok oyunundadır.
Emin Ağa
İdman.biz
