AFFA prezidenti Rövşən Nəcəf “Sabah”, “Qarabağ” və “Zirə” komandalarında avrokuboklarda uğurlar arzulayıb.
İdman.Biz xəbər verir ki, AFFA prezidenti bu barədə “X” hesabında yazıb.
“UEFA klub turnirlərinin təsnifat mərhələlərinə start verilir. Üç gün ərzində “Sabah”, “Qarabağ” və “Zirə” müvafiq olaraq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində ölkəmizi təmsil etmək üçün meydana çıxacaqlar. Təmsilçilərimizə ölkəmizi layiqincə təmsil etmək yolunda uğurlu nəticələr arzulayıram”, - deyə assosiasiyanın rəhbəri bildirib.
UEFA klub turnirlərinin təsnifat mərhələlərinə start verilir.
— Rovshan Najaf (@RovshanNajaf) July 7, 2026
Üç gün ərzində @fc_sabah, @FKQarabagh və @ZirePFK müvafiq olaraq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində ölkəmizi təmsil etmək üçün meydana çıxacaqlar.
Təmsilçilərimizə…
