Qurban Qurbanov “Şəkəri azalt, ömrünü uzat” kampaniyasına qoşulub - VİDEO

Xəbərlər
5 Fevral 2024 12:46
460
Qurban Qurbanov “Şəkəri azalt, ömrünü uzat” kampaniyasına qoşulub - VİDEO

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov “Şəkəri azalt ömrünü uzat” kampaniyasına qoşulub.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizlik Agentliyi məlumat yayıb.

51 yaşlı mütəxəssis videomüraciətdə hər kəsi, xüsusən də idmançıları bu kampaniyaya qoşulmağa dəvət edib.

Baş məşqçi bildirib ki, idmançılar qida rasionlarına fikir verməli və gündəlik şəkər istehlakını azaltmalıdır: “İdmançılar sağlam həyat tərzinə üstünlük verməlidirlər. Şəkəri azalt, ömrünü uzat!”.

İdman.biz