“Liverpul”un qənimi “Neftçi”yə gəlir

Xəbərlər
3 Fevral 2024 14:25
2 047
“Liverpul”un qənimi “Neftçi”yə gəlir

"Neftçi" heyətinə yeni hücumçu qatır.

İdman.biz xəbər verir ki, Bakı klubu serbiyalı forvard Milan Pavkovla müqavilə imzalayacaq.

Səudiyyə Ərəbistanının "Əl-Feyha" klubu ilə müqaviləsinə xitam verən futbolçu "ağ-qaralar"a azad agent kimi qoşulacaq. Serbiya mətbuatı onun mövsümün sonunadək "Neftçi"nin formasını daşıyacağını bildirib.

Pavkov "Srvena Zvezda"dakı çıxışı ilə tanınıb. O, Çempionlar Liqasında "Liverpul"a vurduğu iki qolla Avropada özündən söz etdirib. Pavkov Belqrad klubuna qədər "Voyvodina" və "Radniçki"də də forma geyinib.

Qeyd edək ki, 2022-ci ildə Səudiyyə Ərəbistanı klubuna keçən hücumçu ötən mövsümün 23 matçında 1 qol vurub, cari çempionatda isə cəmi 3 oyunda şans qazanıb.

İdman.biz

Məqalədə: